"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi İngiltərə klubunu çalışdıracaq

14:37 - 27 İyun 2023

Bir vaxtlar Azərbaycanda çalışmış Ruben Sellesin yeni iş yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, ispan məşqçi İngiltərədə çalışacaq. 40 yaşlı mütəxəssis "Ridinq" klubunun baş məşqçisi təyin olunub. Bu barədə I Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.

Xəbər xətti