La Liqa klubunun yeni baş məşqçisi müəyyənləşdi

12:17 - 29 İyun 2023

İspaniyanın "Rayo Valyekano" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini Fransisko Xavyer Rodriqes çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Fransisko son olaraq "Elçe"ni çalışdırıb.

Xəbər xətti