Ramos "Sevilya"ya qayıdır

13:30 - 29 İyun 2023

İspaniya millisinin sabiq kapitanı Serxio Ramos karyerasını "Sevilya"da davam etdirmək istəyir.

Sportal.az "Cadena Ser"ə istinadən xəbər verir ki, təcrübəli futbolçu Səudiyyə Ərəbistanından təklif alsa da, növbəti mövsümdə “Sevilya”da oynamaq niyyətindədir. Buna səbəb adıçəkilən klubun 2023/2024 mövsümündən Çempionlar Liqasında çıxış etməsidir. 

"Sevilya"nın yetirməsi olan Ramos 2005-ci ildə “Real”a keçmişdi. Başa çatan mövsümü 49 xalla 12-ci pillədə başa vurmuş Əndəlusiya təmsilçisi Avropa Liqasının finalında “Roma”ya qalib gələrək yeni mövsümdən ÇL-də oynamaq haqqı qazanmışdı. PSJ Ramosla yollarını ayırdığını açıqlayıb. 
 

Xəbər xətti