"Barselona"dan "Əl-Əhli"yə

15:24 - 29 İyun 2023

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubundan real təklif alan "Barselona"nın yarımmüdafiəçisi Frank Kesye Kataloniyanı tərk etmək istəyir.

Sportal.az "spor.es"ə isitnadən xəbər verir ki, afrikalı "Barsa"dan onu pulsuz buraxmasını xahiş edib. 26 yaşlı futbolçu komandaya azad agent kimi keçərsə, "Əl-Əhli" ona imza üçün yüksək bonus verəcək.

"Barselona" isə "İnter"dən Marselo Brozoviçi transfer etmək üçün Kesyenin keçidindən pul qazanmaq istəyirdi. Afrikalı 2022-ci ilin yayında "Barselona"ya azad agent kimi keçmişdi. O, başa çatan mövsümdə 43 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilin yayında başa çatır.
 

Xəbər xətti