"Turan Tovuz"un futbolçusu "Şamaxı"da

16:50 - 30 İyun 2023

Növbəti mövsümdə I Divizionda mübarizə aparacaq "Şamaxı" heyətini yeni futbolçu ilə gücləndirəcək.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi "Turan Tovuz"dan Abbas Ağazadəni transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Abbas Ağazadə ötən ilin yayında "Sabah"dan "Turan Tovuz"a keçmişdi. Orta xətt oyunçusu qərb bölgəsi təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti