"Mançester Yunayted"dən Çempionşip klubuna

13:32 - 1 İyul 2023

"Birmingem" "Mançester Yunayted"in müdafiəçisi İtan Leyrdi heyətinə qatıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı futbolçu ilə üç illik müqavilə imzalayıb.

"Mançester Yunayted"in yetirməsi olan İtan “MK Dons”, “Suonsi”, “Bornmut”, QPR klublarında icarə əsasında oynamışdı.

2022/2023 mövsümündə Leyrd QPR-in heyətində bütün yarışlarda 33 oyuna çıxıb. Transferə görə "Birmingem" "Mançester Yunayted"ə 8 milyon avro ödəyib.

Xəbər xətti