"Mançester Yunayted" "İnter"in qapıçısı üçün təklif göndərdi

14:29 - 1 İyul 2023

"İnter"in baş direktoru Cüzeppe Marotta Avropa klublarının Andre Onanaya olan marağını şərh edib.

Sportal.az xəbər verir ki, "Tuttomercatoweb" portalına danışan klub rəsmisi kamerunlunun "Mançester Yunayted"ə keçmək ehtimalı haqda danışıb. O, Onana üçün "qırmızı şeytanlar"ın təklif göndərdiyini söyləyib: 

"Mançester Yunayted" Onana ilə yaxından maraqlanır. Klubdan gələn təklifi önümüzdəki günlərdə gözdən keçirəcəyik. Bundan sonra isə futbolçu ilə birlikdə yekun cavabı verəcəyik".

Andre Onana 2022-ci ilin yayında azad agent kimi "İnter"ə keçib. Kamerunlu qolkiper əvvəllər "Ayaks"da çıxış edib. Onana “nerazzura”nın heyətində 41 oyun keçirib, 36 qol buraxıb, 19-u görüşdə isə qapının toxunulmazlığını qoruya bilib. 

Xəbər xətti