"Roma" müdafiəçisini İspaniya klubuna satdı

17:31 - 1 İyul 2023

"Selta" "Roma"dan Karles Peresi transfer edib.

Sportal.az klubun rəsmi saytlına istinadən xəbər verir ki, Viqo klubu 25 yaşlı ispaniyalı üçün qarşı tərəfə 5,2 milyon avro ödəyib.

Peres ötən mövsüm "Selta"nın heyətində 38 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. “Barselona”nın yetirməsi 2020-ci ildə “Roma”ya keçmişdi.

Xəbər xətti