"Barselona" milli üzvünün keçidini həll etdi

14:13 - 5 İyul 2023

İspaniya millisinin müdafiəçisi İniqo Martinesin "Barselona"ya keçidi rəsmiləşib.

Sportal.az "AS"a istinadən xəbər verir ki, "Atletik"lə müqaviləsi başa çatan futbolçu Kataloniya klubuna keçidə razılıq verib.

Bu gün "Barselona"nın Martinesi ictimaiyyətə təqdim edəcəyi gözlənilir.

32 yaşlı futbolçu "Real Sosyedad" da oynadıqdan sonra 2018-ci ildə "Atletik"ə keçmişdi.

Xəbər xətti