İngiltərə klubunun forvardı İspaniyaya qayıtdı

12:59 - 7 İyul 2023

"Betis" "Lester"dən Ayoze Perezi transfer edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Perez 2027-ci il iyunun 30-na qədər İspaniya klubuna məxsus olacaq.

Ötən mövsüm adıçəkilən klubda icarə əsasında oynamış ispaniyalı "Betis"ə azad agent kimi keçib. 

Hücumçu "Tenerife", "Nyukasl", "Leste"də oynamışdı. Ayoze ötən mövsüm "Betis"də 19 oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Xəbər xətti