"Kəpəz" legioner qapıçı transfer etdi

20:57 - 7 İyul 2023

"Kəpəz" heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Vladislav Vasilyuçeki rənglərinə bağlayıb. Belaruslu qolkiper bu gün"sarı-göylər"in düşərgəsinə qoşulub. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, 29 yaşı olan Vladislav Vasilyuçek son olaraq ölkəsində "Slutsk" klubunda çıxış.

Mirbağırağa

Xəbər xətti