"Atletiko" uruqvaylı ilə anlaşdı

12:50 - 8 İyul 2023

"Atletiko" "Rasinq Montevideo"dan mərkəz müdafiəçisi Santiaqo Mourinyonu heyətinə qatıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə imzalanan müqaviləyə əsasən o, 2028-ci ilə qədər Madrid klubuna məxsus olacaq.

2022/2023 mövsümündə Mourinyo "Rasinq Montevideo"nun heyətində 14 oyun keçirib.

Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 0,5 milyon avrodur. “Atletiko”nun yeni transferi Uruqvay millisinə dəvət edilsə də, hələ meydana çıxmayıb.

Xəbər xətti