"Valensiya"dan 5 milyonluq transfer

16:34 - 8 İyul 2023

"Valensiya" heyətini gücləndirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Levante"nin yarımmüdafiəçisi Pepelu yeni klubu ilə beş illik müqavilə imzalayıb.

24 yaşlı futbolçunun transferindən sabiq komandası 5 milyon avro qazanıb.

Müqavilədə təzminat məbləği 100 milyon avro göstərilib. İspaniyalı "Levante"dən savayı “Vitoriya Gimarayeş” və “Tondela”da da oynamışdı.

Xəbər xətti