"Barselona" Almaniya millisinin üzvünə yeni müqavilə təklif edəcək

19:56 - 11 İyul 2023

"Barselona" qapıçısı Mark-Andre ter Ştegeni uzun müddət komandada saxlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi alman qolkiperə yeni müqavilə təklif edəcək. Son İspaniya çempionu 31 yaşlı "əlcək sahibi"nin 2025-ci ilin yayında başa çatan sözləşməsinin müddətini daha 3 il artırmağı planlaşdırır.

Almaniya millisinin üzvü özü də təklifə isti yanaşır. Təcrübəli futbolçu karyerasını "Barselona"da bitirmək arzusundadır.

Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegeni 2014-cü ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib. O, komandanın heyətində 377 qarşılaşmada meydana çıxıb. Ter-Ştegen 157 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti