"Barselona" keçmiş futbolçusunu razı saldı

11:22 - 12 İyul 2023

"Jirona"nın yarımmüdafiəçisi Oriol Romeu "Barselona"ya keçməyə hazırlaşır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi Romeunun klubu ilə ilkin razılıq əldə edib.

Hazırkı komandası ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər olan yarımmüdafiəçi "Barsa"nın təklifinə "yox" deməyib. Futbolçu özü də, İspaniya çempionu ilə razılaşıb.

Romeru “Barselona”, “Çelsi”, “Valensiya”, “Ştuttqart”, “Southempton”da oynadıqdan sonra 2022-ci ildə “Jirona”ya keçmişdi.

Xəbər xətti