"Kəpəz" gürcü futbolçu ilə müqavilə imzaladı

09:30 - 13 İyul 2023

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin Mate Kvirkviya ilə danışıqları uğurlu nəticələnib. Gürcüstanlı yarımmüdafiəçi "sarı-göylər"in yeni müqavilə təklifini müsbət dəyərləndirib. Mate daha bir il "Kəpəz"in şərəfini qoruyacaq.

Qeyd edək ki, Mate Kvirkviya 2022/2023 mövsümünü "Kəpəz"də keçirib. O, komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti