Azər Məmmədov gəncəli futbolçunu əsas komandadan uzaqlaşdırdı

13:32 - 15 İyul 2023

"Kəpəz" yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov bir futbolçunu əsas komandadan uzaqlaşdırıb. 

47 yaşlı mütəxəssis "Zirə" ilə keçirilən hazırlıq matçından sonra Nizami Səmədovu əvəzedici heyətə göndərib. 23 yaşlı yarımmüdafiəçi artıq əsas komandanın üzvü deyil.

Nizami Səmədov bu ilin yanvar ayında "Zirə-2"dən "Kəpəz"ə keçmişdi. O, paytaxt təmsilçisinin heyətində məhz baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında oynayıb. Gəncə futbol məktəbinin yetirməsi olan orta xətt oyunçusu son mövsümdə "Kəpəz"in əsas komandasında Premyer Liqanın "Sabah"la matçında meydana çıxıb.

Xəbər xətti