"Kəpəz" millimizin üzvünü transfer etdi - RƏSMİ

16:22 - 25 İyul 2023

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadə ilə güclənib. Bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

30 yaşlı mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb. Bəxtiyarın son klubu "Sabah" olub.

Xəbər xətti