"Şamaxı" "Qarabağ"la qarşılaşacaq

19:36 - 25 İyul 2023

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Şamaxı" daha bir hazırlıq matçı keçirəcək.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi "Qarabağ-2" ilə qarşılaşacaq. İyulun 28-də Şamaxı Şəhər Stadionunda baş tutacaq yoxlama oyunu saat 18:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında 3 gün əvvəl baş tutmuş qarşılaşma "Şamaxı"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti