"Kəpəz"in baş məşqçisi: "İstərdik ki, təlim-məşq toplanışını ölkə xaricində keçək"

11:40 - 27 İyul 2023

"Kəpəz"in baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə Bakı toplanışını dəyərləndirib.

Sportal.az xəbər verir ki, məşqçimiz “Dalğa Arena” təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesi haqqında bunları deyib: “

"Biz çox istərdik ki, təlim-məşq toplanışını ölkə xaricində keçək. Amma məlum vəziyyətə, klubun sponsoru olmadığına görə hazırlıq üçün Bakını seçdik. Buna baxmayaraq məşqlərimiz plan üzrə getdi. İstədiyimiz kimi hazırlaşa bildik. Sadəcə, yoxlama oyunları üçün rəqib tapmaqda çətinlik çəkdik. Düzdü, “Səbail”, “Zirə”, “Araz-Naxçıvan” kimi elita təmsilçiləri ilə oynaya bildik. Planımızda beş oyun vardı ki, digər iki sparrinq rəqibimizin də Premyer Liqa klubu olmasını istəyirdik. Amma təəssüflər olsun ki, komandalar ölkə xaricində olduğundan istəyimiz alınmadı. Nəticədə “Səbail-2” ilə oynadıq. Bakıda rəqib tapa bilmədiyimizdən Gəncəyə bir az tez qayıdası olduq. Doğma şəhərimizdə öz əvəzedicilərimizlə də qarşılaşacağıq. Bundan sonra həftəlik oyun hazırlığına başlayacağıq. Bakı toplanışında biz ümumi olaraq səhər məşqində fiziki, axşam hazırlığında texniki-taktiki çalışmalar üzərində işlədik. Futbolçulara minnətdaram, olduqca məsuliyyətli, istəkli şəkildə məşqlərdə iştirak etdilər. İnşallah, bunun bəhrəsini çempionatda həm biz, həm də onlar görəcəklər”.

Xəbər xətti