"Şamaxı" "Qarabağ"ı məğlub etdi

20:53 - 28 İyul 2023

Yeni mövsümün hazırlığını davam etdirən "Şamaxı" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv "Qarabağ"ın əvəzedici heyəti ilə qarşılaşıb. Şamaxı Şəhər Stadionunda keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə qolları Elçin Rəhimli və Rövşən Şahmuradov vurublar.

Qeyd edək ki, bu komandalar arasında bir neçə gün əvvəl baş tutan qarşılaşma da "Şamaxı"nın eyni hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər xətti