"Kəpəz" 10 gün əvvəl transfer etdiyi futbolçu ilə yollarını ayırdı

17:05 - 3 Avqust 2023

Bəxtiyar Həsənalızadə "Kəpəz"i tərk edib.

Sportal.az xəbər verir ki, futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Millinin üzvü ilə klub arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığından anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Kəpəz" Bəxtiyar Həsənalızadə ilə 25 iyul tarixində müqavilə imzalamışdı.

Xəbər xətti