Milli komandamızın üzvü Türkiyə klubuna keçdi

17:22 - 3 Avqust 2023

"Kəpəz"dən ayrılan Bəxtiyar Həsənalızadənin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.

Azərbaycan milli komandasının üzvü "Tuzlaspor"la razılıq əldə edib. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq.

Xəbər xətti