Portuqaliya millisinin üzvü PSJ-də

18:05 - 7 Avqust 2023

Fransanın PSJ klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Benfika"dan Qonçalo Ramosu transfer edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Portuqaliyalı forvard artıq tibbi müayinədən keçib. 22 yaşlı hücumçu klubla 5 illik müqaviləyə qol çəkəcək. PSJ Portuqaliya millisinin üzvü üçün klubuna 80 milyon avro ödəyəcək.

Qeyd edək ki, Qonçalo Ramos "Benfika"nın yetirməsidir. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 47 rəsmi matçda 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti