Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi ABŞ-ın "Di Si Yunayted" klubundan ayrılan Taxiarçis Funtası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa klubu 27 yaşlı forvardla 2+1 illik müqavilə imzalayıb. Ön xətt oyunçusu "Trabzonspor"da illik 1 milyon avro maaş alacaq.
Qeyd edək ki, Taxiarçis Funtas "Di Si Yunayted"ə 2022-ci ilin mart ayında "Rapid"dən keçmişdi. Yunanıstan millisinin üzvü ABŞ təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 18 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.