Futzal üzrə FIFA referilərimiz DÇ-2024-ün elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.
Sportal.az xəbər verir ki, Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində keçiriləcək Serbiya – Belçika oyununu idarə edəcəklər.
Qeyd edək ki, qarşılaşma sentyabrın 20-də baş tutacaq.