İspaniyanın "Sevilya" kubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi "Herta"dan Dodi Lukebakionu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sevilya" belçikalı vinger üçün Berlin klubuna 9+2 milyon avro təzminat ödəyəcək. 25 yaşlı ön xətt oyunçusu La Liqa təmsilçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Herta" Dodi Lukebakionu 2019-cu ilin yayında "Uotford"dan transfer etmişdi. Belçika millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 100 rəsmi matçda 28 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.