Türkiyə millisi Avropa çempionu oldu

09:31 - 4 Sentyabr 2023

Qadın voleybolçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.

Sportal.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə baş tutan final görüşündə Türkiyə və Serbiya milli komandaları üz-üzə gəlib. Rəqibini 3:2 hesabı ilə məğlub edən "ay-ulduzlular" qitənin ən güclüsü olub.

Türkiyə yığması tarixi ərzində ilk dəfə Avropa çempionu olmağı bacarıb.

Üçüncü yer uğrunda görüşdə İtaliyanı 3:0 hesabı ilə məğlub edən Niderland yığması bürünc medalların sahibi olub.

Xəbər xətti