"Qalatasaray" "Borussiya"nın futbolçusunu istəyir

12:30 - 10 Sentyabr 2023

Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini yerli oyunçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Borussiya"da çıxış edən Salih Özcanın xidmətində maraqlıdır. "Sarı-qırmızılar" Türkiyə millisinin üzvü üçün Dortmund təmsilçisi ilə danışıqlara başlayıb.

Almaniya klubunda heyətə düşə bilməyən 25 yaşlı yarımmüdafiəçi özü də "Qalatasaray"a keçməyə isti yanaşır. Bu mövsüm cəmi 9 dəqiqə oynayan futbolçu daha çox forma şansı qazanacağı klubu keçməkdə maraqlıdır.

Qeyd edək ki, "Borussiya" Salih Özcanı ötən ilin yayında "Köln"dən 5 milyon avroya transfer edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti