I Liqa: "Karvan" mövsümə qələbə ilə başladı

18:28 - 13 Sentyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünə start verilib.

Sportal.az xəbər verir ki, mövsümə Yevlaxda start verilib. Burada yerli "Karvan" doğma meydanda "Mingəçevir"i qəbul edib.

Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun digər görüşləri 14-15 sentyabr tarixlərində keçiriləcək.

Xəbər xətti