"Qusar" - "Göygöl" matçında sülh - VİDEO

18:15 - 26 Sentyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında IV turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, "Qusar" doğma meydanda "Göygöl"ü qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

4 turdan sonra 7 xal toplayan "Göygöl" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 4 xalı olan "Qusar" isə 11-ci yerdədir.

"Qusar" - "Göygöl" 1:1

Qollar: Sərxan Ağayev, 20 - Vüqar Əşrəfli, 43

Xəbər xətti