Almaniya klubu baş məşqçisini istefaya göndərdi

13:34 - 27 Sentyabr 2023

"Şalke" baş məşqçisi ilə yollarını ayırıb.

Sportal.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Helzenkirhen təmsilçisi Tomas Raysın müqaviləsinə xitam verib.

Almaniya klubunun rəhbərliyi uğursuz nəticələyə görə 49 yaşlı mütəxəssisi vəzifəsindən göndərib.

İkinci Bundesliqada çıxış edən "Şalke" 7 oyunda cəmi 7 xal toplayaraq, 16-cı pillədə qərarlaşıb.

Adıçəkilən mütəxəssis 2022-ci ildə "Bohum"dan ayrılaraq "Şalke"yə keçmişdi.

Xəbər xətti