"Kəpəz" ev oyunlarını hansı stadionda keçirəcək?

11:44 - 28 Sentyabr 2023

"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun yerində yeni arena inşa ediləcək və yaxın günlərdə işlərə start veriləcək.

Belədə, "Kəpəz" rəhbərliyi komandanın ev oyunlarını harada keçirməsi ilə bağlı götür-qoy edir.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi rəqiblərini Tovuzda keçirmək variantını nəzərdən keçirir.

Hələlik bu məsələ ilə bağlı yekun qərar verilməyib. 

Xəbər xətti