"Şamaxı" futbolçulara və məşqçilərə olan bütün borclarını bağladı

17:08 - 9 Oktyabr 2023

"Şamaxı" komanda üzvlərinə ötən mövsümdən qalan borc məsələsini həll edib.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi köhnə borcların hamısını bağlayıb. Klub futbolçuların və məşqçilərin maaşlarını tam şəkildə ödəyib.

Qeyd edək ki, "Şamaxı" ötən mövsümdə Premyer Liqada sonuncu pilləni tutaraq I Liqaya düşüb.

Xəbər xətti