"Səbail" 1-ci dövrədə - STATİSTİKA

18:12 - 10 Oktyabr 2023

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk dövrəsi başa çatıb.

Sportal.az xəbər verir ki, “Səbail”in baş məşqçisi Şahin Diniyev arxada qalan 9 turda, ümumilikdə 19 futbolçunun xidmətindən istifadə edib. Qapıçı Səlahət Ağayev və müdafiəçimiz Nir Bardea 9 oyunda meydana çıxan və əvəzlənməyən futbolçulardır.

Bundan başqa, Yusif Nəbiyev (9 oyun, 788 dəqiqə), Aleksandr Ramalinqom (9 oyun, 762 dəqiqə), Cabir Əmirli (9 oyun, 734 dəqiqə), Valdemar Almeyda Pana (9 oyun, 708 dəqiqə), David Qomis (9 oyun, 707 dəqiqə), Ağabala Ramazanov (9 oyun, 508 dəqiqə) və Yadin Luqasi də (9 oyun, 467 dəqiqə) 9 oyunun hamısında meydanda olub.

Geridə qalan 9 turda komanda 5 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətə imza atıb və ilk dövrəni 3-cü pillədə başa vurub. “Səbail” PFK 9 turda 15 qola imza atıb və qapısında 11 top görüb. Vurulan qolların sayına görə "Səbail" yalnız “Qarabağ”dan geri qalıb. Ən məhsuldar futbolçu isə Aleksandr Ramalinqomdur. İlk dövrədə 4 qol vuran hücumçu bombardirlər siyahısında bu göstərici ilə ikinci pillədədir. Müdafiəçi Yusif Nəbiyev isə vurduğu 3 qolla ən məhsuldar ikinci futbolçudur. 

Səlahət Ağayev – 9 oyun (810 dəqiqə)
Nir Bardea – 9 (810)
Yusif Nəbiyev – 9 (788)
Aleksandr Ramalinqom – 9 (762)
Cabir Əmirli – 9 (734)
Valdemar Almeyda Pana – 9 (708)
David Qomis – 9 (707)
Ağabala Ramazanov – 9 (508)
Yadin Luqasi – 9 (467)
Bahadur Həziyev – 9 (229)
Adi Mehremiç – 8 (720)
Pedro Nuno – 8 (655)
Anas Najah – 8 (479)
Rüfət Abdullazadə – 8 (91)
Süleyman Əhmədov – 7 (273)
Amil Yunanov – 6 (50)
Samir Abdullayev – 4 (17)
Adil Nağıyev – 1 (90)
Rafael Məhərrəmli – 1 (9)

Vurulan qollar: Aleksandr Ramalinqom (4), Yusif Nəbiyev (3), Nuno Pedro (2), David Qomis, Yadin Luqasi, Ağabala Ramazanov, Valdemar Almeyda Pana, Adi Mehremiç, Rüfət Abdullazadə.

Xəbər xətti