Avro-2024 oyunları bir dəqiqəlik sükutla başlayacaq

19:42 - 17 Oktyabr 2023

Avro-2024-ün seçmə mərhələsinin bu gecə baş tutacaq oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Sportal.az xəbər verir ki, buna səbəb Belçika - İsveç matçı zamanı baş verən hadisədir. Məlumatı UEFA-nın rəsmi saytı yayıb.

Qeyd edək ki, dünən keçirilən Belçika - İsveç qarşılaşması Brüsseldə baş vermiş terror hadisəsinə görə fasilədə təxirə salınmışdır. Oyundan əvvəl silahlı şəxsin isveçli azarkeşlərə atəş açması nəticəsində iki nəfər həlak olub.

Xəbər xətti