Millimizin baş məşqçisinin komandası "Fənərbaxça"nı məğlub etdi, lider oldu

18:19 - 18 Oktyabr 2023

Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun rəhbərlik etdiyi “Fomget” Türkiyə Qadınlar Superliqasının VII turunda səfərdə “Fənərbaxça” ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, “Fomget” (1:0) bu görüşdə qalib gələrək ölkə çempionatının vahid lideri olub. Onlar keçirdiyi yeddi oyunun hamısında qalib gəlməyi bacarıb. 

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal Seyfəddinova da bu klubda çıxış edir.

Xəbər xətti