İngiltərə millisinin müdafiəçisi: "Gördüyüm ən sürətli futbolçudur"

16:57 - 20 Oktyabr 2023

"Çelsi"nin müdafiəçisi Benjamin Çilvel komandanın vingeri Mixail Mudrik haqda danışıb.

Sportal.az xəbər verir ki, "cfcdajana"ya açıqlama verən ingilis futbolçu ukraynalı barədə bunları deyib:

"Mixal sanki elektrikə qoşulub. Futbolda gördüyüm ən sürətli oyunçudur. Onun kimi sürətli oyunçunu xatırlamıram".

Çilvel 2020-ci ilin yayından "Çelsi"də oynayır. Futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. 

26 yaşlı futbolçu 2018-ci ildən İngiltərə millisinin şərəfini qoruyur.

Xəbər xətti