Acun Ilıcalı "Zirə"nin rəhbəri ilə görüşdü - FOTO

18:40 - 23 Oktyabr 2023

“Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri və Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Bakıda İngiltərənin “Hall Siti”, İrlandiyanın “Şelbrun” klublarının sahibi, türk iş adamı Acun Ilıcalı ilə görüşüb.

Sportal.az xəbər verir ki, görüş zamanı qarşılıqlı fikir mübadiləsi, gələcəkdə “Zirə” PFK ilə əməkdaşlıq və ölkəmizdə əyləncə, idman və turizm sahələrinə sərmayələr haqqında müzakirələr aparılıb.

Sonda Ilıcalıya “Zirə”nin 10 nömrəli forması təqdim edilib.


Xəbər xətti