Məşhur azərbaycanlı futbolçu karyerasını başa vurdu

23:09 - 25 Oktyabr 2023

Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Abışov peşəkar karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, müdafiəçi 36 yaşında futbolla vidalaşıb. Təcrübəli oyunçu sosial şəbəkə hesabında video paylaşaraq vidasını açıqlayıb.

Qeyd edək ki, Ruslan Abışov "Neftçi"nin yetirməsidir. Arxa xətt oyunçusu karyerası ərzində "Rubin" (Rusiya), "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (indiki "Şamaxı") və "Sabah"da çıxış edib. Abışov son mövsümü "Zirə"də keçirib.

Ruslan Abışovun vida paylaşımını diqqətinizə çatdırırıq:

"Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm!!!

Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum “Neftçi” formasıyla futbolla və sadiq azarkeşlərlə vidalaşım. Amma qismət deyilmiş. 

Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım hər kəsə - məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə idman jurnalistlərinə) və bir sözlə üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm!"

Xəbər xətti