Dünya çempionatı: Millimiz qrupdakı sonuncu matçında da qalib gəldi - YENİLƏNİB

21:54 - 31 Oktyabr 2023

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün qrup mərhələsinin üçüncü oyununa çıxıb. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv kollektiv Küveyt seçməsi ilə üz-üzə gəlib.

Yığmamız bu matçda qalib gəlməyi bacarıb.

Qeyd edək ki, Azərbaycan millisi mundialda keçirdiyi əvvəlki görüşlərdə İraqıı 2:0, Misiri isə 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqəni təmin edib.

Azərbaycan - Küveyt 3:1
Qollar:
Cəfər Cəfərov, 8, Mirmehdi Rzayev 37, Təmkin Xəlilzadə 45
İstifadə edilməmiş penalti: Elvin Əlizadə 25

Xəbər xətti