Türkiyənin "Fənərbaxça" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Hatayspor"da çıxış edən Fisayo Dele-Başirudur. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.
"Sarı-lacivərtlilər" qış transfer pəncərəsi zamanı 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubuna rəsmi təklif göndərəcək.
"Hatayspor" Fisayo Dele-Başirunu mövsümün əvvəlində "Şeffild Uensdey"dən transfer edib. Nigeriya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Hatayspor"da Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov da çıxış edir.