Millimizin üzvündən bölgə klubuna dəstək

17:04 - 15 Noyabr 2023

"Səbail"in və Azərbaycan milli komandasının müdafiəçisi Yusif Nəbiyev alicənab addımı ilə yadda qalıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu Region Liqasında mübarizə aparan "Ağstafa Gəncləri" klubuna dəstəyini nümayiş etdirib. Bu barədə komandanın baş məşqçisi Şahin Kərimov öz sosial şəbəkə hesabında məlumat verib.

Ağstafadan olan futbolçu doğma rayonunun komandasına qapıçı əlcəyi hədiyyə edib. Baş məşqçi Şahin Kərimov millimizin üzvünə təşəkkürünü bildirib.

Xəbər xətti