Belçika - Azərbaycan matçının hakimləri açıqlandı

13:30 - 16 Noyabr 2023

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Gerqo Boqara Teodoros Georgiu və Balaş Salai kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.

Xəbər xətti