Futbol tarixinin ən yaxşı oyunçularından hesab olunan Lionel Messi və Kriştiano Ronaldo yenidən bir-birinə rəqib olacaq.
Sportal.az xəbər verir ki, ulduz futbolçular bu dəfə yoldaşlıq oyununda üz-üzə gələcək. Messinin formasını geyindiyi "İnter Mayami" Ronaldonun şərəfini qoruduğu "Əl Nəssr"lə qarşılaşacaq.
Matç fevral ayında Səudiyyə Ərəbistanında baş tutacaq. Dəqiq tarix barədə məlumat verilməyib.