Fələstinə dəstəyə görə klub cərimələndi

21:19 - 22 Noyabr 2023

UEFA Şotlandiyanın "Seltik" klubunu cərimələyib.

Sportal.az xəbər verir ki, buna səbəb azarkeşlərin Çempionlar Liqası qrup mərhələsinin "Atletiko" ilə matçındakı (2:2) davranışları olub.

"Seltik" fanatları qarşılaşmada Fələstin bayraqları qaldırıb və Qəzza xalqına dəstək şüarları səsləndiriblər. Qitənin ali qurumu buna görə klubu 17 500 avro məbləğində cərimə edib.

Azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiyi üçün "Seltik" əlavə olaraq 11 500 avro ziyana düşüb.

Xəbər xətti