Azərbaycan çempionu "Neftçi"yə məğlub oldu

09:48 - 26 Noyabr 2023

Basketbol Azərbaycan Liqasında 5-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, turun üçüncü günündə daha iki qarşılaşma keçirilib. “Cəlilabad” “Sumqayıt”a qalib gəlib. Turun mərkəzi görüşü isə “Neftçi” və “Sabah” klubları arasında keçirilib. Azərbaycan çempionu gözlənilmədən rəqibinə məğlub olub.

Ölkəmizi bu mövsüm avrokuboklarda təmsil etmiş “Sabah” mövsümdəki ilk məğlubiyyətini alıb.

“Neftçi” – “Sabah” 96:93 (22:27, 29:19, 25:16, 20:31)

Turun daha bir oyunu bu gün abah baş tutacaq:

26 noyabr

12:00 “Şəki” – “Xəzri”
Şəki

Turun əvvəlki matçlarında isə aşağıdakı nəticələr qeydə alınmışdı:

“Sərhədçi” – “Gəncə” 109:108
“Xırdalan” – “NTD-İndiqo” 86:96

Xəbər xətti