"Molde"nin prezidenti: "Qarabağ" evdə çox yaxşı təsir bağışlayır"

19:00 - 30 Noyabr 2023

"Molde"nin prezidenti Odd İvar Moen Sportal.az-ın Etopaz-ın xətti ilə Moldeyə ezam olunmuş əməkdaşına açıqlama verib.

Klub rəhbəri Avropa Liqasının qrup mərhələsində rəqibləri olan "Qarabağ" haqda danışıb. O, Azərbaycan çempionunun evdə yaxşı oynadığını bildirib:

"Bakıdakı oyunda olmuşdum. Şəhərinizi çox bəyəndim. Gözəl şəhəriniz var. "Qarabağ" da Moldeyə xoş gəlib. Oyun haqda geniş nəsə demək istəmirəm. Onu deyə bilərəm ki, "Qarabağ" evdə çox yaxşı təsir bağışlayır. Etiraf edim ki, bizimlə Bakıdakı oyunda da yaxşı oynamışdılar. Axşam bizi maraqlı oyun gözləyir. Ümid edirəm ki, azarkeşlər yaxşı oyunun şahidi olacaq".

Qeyd edək ki, "Molde" - "Qarabağ" qarşılaşması bu gecə Bakı vaxtilə saat 00:00-da start götürəcək.

Mirbağırağa

Xəbər xətti