"Qarabağ"ın legioneri iki ay oynamayacaq

17:49 - 2 Dekabr 2023

"Qarabağ"ın müdafiəçisi Kevin Medina bir müddət komandasına kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, Avropa Liqasının 5-ci turunun “Molde” ilə səfərdə keçirilən görüşündə zədələnmiş kolumbiyalı qarşıdakı matçlarda meydana çıxmayacaq.

Onun təxminən iki ay “Qarabağ”ın oyunlarında iştirak etməyəcəyi gözlənilir.

Futbolçunun qasıq nahiyyəsində problem yaşanıb. 
 

Xəbər xətti