Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal qazandı

14:17 - 3 Dekabr 2023

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokioda keçirilən Böyük Dəbilqənin bürünc medalını qazanıb.

Sportal.az xəbər verir ki, Yaponiyanın paytaxtında təşkil olunan turnirin ikinci günündə kişilər arasında 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev üçüncü yer uğrunda mübarizədə İtaliya təmsilçisi Cennaro Pirelli üzərində qələbə qazanaraq bürünc medal əldə edib.

Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kq) qızıl, Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Xəbər xətti